...

Azərbaycanda informasiya və rabitə sektoruna 120 milyon manat investisiya qoyulub

İqtisadiyyat Materials 19 May 2025 12:59 (UTC +04:00)
Azərbaycanda informasiya və rabitə sektoruna 120 milyon manat investisiya qoyulub
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Bu ilin yanvar-aprel aylarında Azərbaycanda nəqliyyat və anbar təsərrüfatı sahəsində əsas kapitala 120,4 milyon manat investisiya yönəldilib.

Bu barədə Trend Dövlət Statistika Komitəsindən məlumat əldə edib.

Məlumata əsasən, bu göstərici 2024-cü ilin eyni dövrü ilə müqayisədə, demək olar ki, dəyişməz qalıb.

Sözügedən sahə üzrə əsas kapitala yönəldilmiş investisiyaların yekunda xüsusi çəkisi 2,3%-ə bərabər olub.

Hesabat dövründə ölkədə yalnız rabitə sektoru üzrə əsas kapitala yönəldilmiş investisiyaların dəyəri isə 110,4 milyon manata bərabər olub ki, bu da 2024-cü ilin ilk dörd ayındakı göstəriciyə nisbətən, demək olar ki, eyni səviyyədə qalıb.

Qeyd edək ki, 2025-ci ilin yanvar-aprel aylarında əsas kapitala 5,069 milyard manat məbləğində, yaxud əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 4,6% az investisiya yönəldilib. Neft-qaz sektoruna yönəldilmiş investisiyaların həcmi 22,7% azalıb, qeyri neft-qaz sektoruna yönəldilmiş investisiyaların həcmi isə 5,3% artıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti