...

Növbəti rübdə istehlak kreditlərində sərtləşmə davam edəcək - AMB

İqtisadiyyat Materials 21 May 2025 17:46 (UTC +04:00)
Növbəti rübdə istehlak kreditlərində sərtləşmə davam edəcək - AMB
Əvəz Həsənov
Əvəz Həsənov
Bütün xəbərlər

Bakı. Trend:

Bu ilin birinci rübündə cəmi istehlak kreditləri, o cümlədən, kredit kartları üzrə kredit standartlarında sərtləşmə davam edib.

Trend-ə bu barədə Azərbaycan Mərkəzi Bankından (AMB) məlumat əldə edib.

Məlumata görə, istehlak kreditləri üzrə standartlarda sərtləşmə əsasən kreditlərin maya dəyərinin və komissiya məbləğinin artımı formasında olub. Respondentlər növbəti rübdə ümumi istehlak kreditləri, o cümlədən kredit kartları üzrə standartlarda sərtləşmənin davam edəcəyini proqnozlaşdırırlar.

Sorğu nəticələrinə əsasən, ümumi istehlak kreditlərinə, o cümlədən, kredit kartlarına tələbdə dəyişiklik olmayıb. Banklar növbəti rübdə ümumi istehlak kreditləri üzrə tələbdə artım olacağını, bununla belə, kredit kartlarına tələbdə dəyişiklik olmayacağını proqnozlaşdırırlar.

Sorğu nəticələrinə əsasən, istehlak kreditləri üzrə maliyyələşmə dəyəri, kapital mövqeyi və əhalinin ödəmə qabiliyyətinə dair gözləntilər kredit standartlarına sərtləşdirici təsir göstərib. Bütövlükdə, sorğu nəticələrinə əsasən, bankların istehlak portfeli üzrə artım dinamikasının növbəti rüb də davam edəcəyi gözlənilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti