Bakı. Trend:
Ötən il Azərbaycanda 50 siyasi partiya məcburi audit subyekti olub.
Bu barədə Trend Auditorlar Palatasına istinadən xəbər verir.
Məlumata görə, ötən il ərzində siyasi partiyaların 70%-i auditdən keçməyib.
Belə ki, ötən il auditdən keçmiş siyasi partiyaların sayı 25% azalaraq, 15-ə düşüb. Eyni zamanda, onların xüsusi çəkisi 40%-dən 30%-ə enib.
Qeyd edək ki, 2024-cü il ərzində respublika üzrə 5432 məcburi audit subyektindən 3176-sı (58,5%) auditdən keçib.