...

Naxçıvan iqtisadiyyatı 3%-dən çox böyüyüb

İqtisadiyyat Materials 18 İyun 2025 09:35 (UTC +04:00)
Naxçıvan iqtisadiyyatı 3%-dən çox böyüyüb
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Bu ilin yanvar-may aylarında Naxçıvan Muxtar Respublikasında ümumi daxili məhsul istehsalı (ÜDM) 598,756 milyon manat olub.

Muxtar respublikanın Dövlət Statistika Komitəsinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, bu göstərici 2024-cü ilin eyni aylarındakı göstərici ilə müqayisədə 3,2% çoxdur.

Dövr ərzində əhalinin hər nəfərinə düşən ümumi daxili məhsul istehsalı 2,7% artaraq 1 270 manat olub.

Hesabat dövründə muxtar respublikada 209,445 milyon manatlıq sənaye məhsulu istehsal edilib ki, bu da 2024-cü ilin eyni dövrü ilə müqayisədə 3,6% çoxdur.

Eyni zamanda cari ilin ilk beş ayında muxtar respublikada əsas kapitala 55,672 milyon manat həcmində vəsait yönəldilib ki, bu da ötən ilin eyni ayları ilə müqayisədə 31,5% artım deməkdir.

Dövr ərzində əsas kapitala yönəldilmiş vəsaitlərin 34,861 milıyon manatı tikinti-quraşdırma işlərinə sərf edilib ki, bu da 2024-cü ilin ilk beş ayındakı göstəriciyə nisbətən 6,7% çoxdur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti