Bakı. Trend:
Xocavənd rayonunda bərpa, quruculuq, abadlıq işləri uğurla davam etdirilməkdədir.
Trend-in əldə etdiyi məlumata görə, bu işlərin davamı kimi rayonun Qırmızı bazar qəsəbəsində və Tağaverd kəndində fərdi yaşayış evlərinin təmir işləri aparılacaq.
Belə ki, Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti artıq bununla bağlı müvafiq işləri yekunlaşdırıb.
Qurum sözügedən işlərin icrasını “Frekans Construction and Energy Company” MMC və “Uğur Tikinti” MMC konsorsiumuna həvalə edib və müqavilə bağlayıb.
Müqaviləyə əsasən, şirkətə 11,865 milyon manat ödənilib.