Bakı. Trend:
Cari ilin yanvar-may aylarında Azərbaycanla İqtisadi Əməkdaşlıq Təşilatına (İƏT) üzv ölkələr arasında ticarət dövriyyəsinin həcmi 3,547 milyard ABŞ dolları olub.
Trend bu barədə Dövlət Gömrük Komitəsinin məlumatları əsasında hesablamalar aparıb.
Məlumata görə, bu göstərici 2024-cü ilin eyni dövrü ilə müqayisədə 328 milyon ABŞ dolları, yaxud da 10,2% artıb. Belə ki, 2024-cü ilin yanvar-may aylarında Azərbaycanla İqtisadi Əməkdaşlıq Təşilatına (İƏT) üzv ölkələr arasında ticarət dövriyyəsinin həcmi 3,219 milyard ABŞ dolları olub.
Aşağıdakı cədvəldə Azərbaycanla İƏT-ə üzv ölkələr arasında cari ilin yanvar-may aylarında aparılmış ticarət əməliyyatlarının həcmi min ABŞ dolları ilə göstərilib:
İƏT-ə üzv ölkələr |
İxrac |
İdxal |
Dövriyyə |
Türkiyə |
1 431 525 |
1 012 771 |
2 444 296 |
Özbəkistan |
19 661 |
195 151 |
214 812 |
Qazaxıstan |
45 019 |
422 616 |
467 635 |
Qırğızıstan |
2 965 |
14 953 |
17 918 |
Türkmənistan |
19 224 |
99 256 |
118 480 |
Tacikistan |
6 005 |
533 |
6 538 |
Pakistan |
3 |
14 446 |
14 449 |
Əfqanıstan |
5 341 |
106 |
5 447 |
İran |
6 087 |
251 878 |
257 965 |
Cəmi |
3 547 540 |
Aşağıdakı cədvəldə Azərbaycanla İƏT-ə üzv ölkələr arasında 2024-cü ilin yanvar-may aylarında aparılmış ticarət əməliyyatlarının həcmi min ABŞ dolları ilə göstərilib.
İƏT-ə üzv ölkələr |
İxrac |
İdxal |
Dövriyyə |
Türkiyə |
1 644 034 |
920 430 |
2 564 464 |
Özbəkistan |
10 679 |
58 287 |
68 966 |
Qazaxıstan |
22 553 |
84 751 |
107 304 |
Qırğızıstan |
22 489 |
3 886 |
26 375 |
Türkmənistan |
32 013 |
171 019 |
203 032 |
Tacikistan |
2 463 |
347 |
2 810 |
Pakistan |
148 |
7 727 |
7 875 |
Əfqanıstan |
135 |
12 |
147 |
İran |
6 319 |
232 078 |
238 397 |
Cəmi |
3 219 370 |
O cümlədən, cari ilin hesabat dövründə Azərbaycan xam neftin ixrac olunduğu əsas ölkələrə İƏT-ə üzv ölkələrdən yalnız biri (Türkiyə) daxil olub. Bu dövrdə Türkiyəyə 16,9 milyon ABŞ dolları dəyərində 34,8 min ton xam neft ixrac edilib.
Eyni zamanda Azərbaycandan qeyri-neft məhsullarının ixrac olunduğu əsas ölkələrə İƏT-ə üzv ölkələrdən üçü (Türkiyə, Qazaxıstan, Özbəkistan) daxil olub. Belə ki, Türkiyəyə 251,4 milyon ABŞ dolları dəyərində, Qazaxıstana 44,8 milyon ABŞ dolları dəyərində, Özbəkistana isə 19,3 milyon ABŞ dolları dəyərində qeyri-neft məhsulları ixrac olunub.
Qeyd edək ki, İqtisadi Əməkdaşlıq Təşkilatına Pakistan, Türkiyə, İran, Əfqanıstan, Tacikistan, Azərbaycan, Türkmənistan, Özbəkistan, Qazaxıstan, Qırğızıstan üzvüdür.
Məlumat üçün bildirək ki, bəhs olunan dövrdə Azərbaycan xarici ölkələrlə 20,966 milyard ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Bu göstərici ötən ilin eyni dövrünə nisbətən 2,527 milyard ABŞ dolları və ya 13,7% çoxdur. Xarici ticarət dövriyyəsinin 11 milyard ABŞ dolları ixracın, 9,965 milyard ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 1,2% azalıb, idxal isə 36,5% artıb. Nəticədə, xarici ticarətdə 1,036 milyard dollarlıq müsbət saldo yaranıb. Bu da illik müqayisədə 2,801 milyard ABŞ dolları və ya 3,7 dəfə azdır.