...

İnvestisiya şirkətlərinin yanvar-iyun ayları üzrə dövriyyələrinə görə RENKİNQİ

İqtisadiyyat Materials 4 İyul 2025 12:12 (UTC +04:00)
İnvestisiya şirkətlərinin yanvar-iyun ayları üzrə dövriyyələrinə görə RENKİNQİ
Əvəz Həsənov
Əvəz Həsənov
Bütün xəbərlər

Bakı. Trend:

Bu ilin yanvar-iyun ayları üzrə Bakı Fond Birjasında (BFB) ticarət olunan bazarlar üzrə birja üzvlərinin dövriyyələri məlum olub.

Trend BFB-yə istinadən xəbər verir ki, dövr ərzində ən çox dövriyyəsi olan şirkət “PAŞA Kapital İnvestisiya Şirkəti” QSC olub (24,5 milyard manat).

Siyahıda ikinci pillədə 17,8 milyard manat dövriyyə ilə "ABB İnvest İnvestisiya Şirkəti" QSC, üçüncü yerdə isə 2,9 milyard manat dövriyyə ilə “Assist Finance İnvestisiya Şirkəti” ASC qərarlaşıb.

Qeyd edək ki, BFB-nin daxili qaydalarına əsasən üzvlərin renkinqi aylıq hesablanır və hər növbəti ayın əvvəlində elan olunur. Renkinq repo əməliyyatları, dövlət və korporativ qiymətli kağızlar bazarı üzrə manatla hesablanır.

Aşağıdakı cədvəldə investisiya şirkətlərinin yanvar-iyun ayları üzrə dövriyyələrinin həcmi göstərilib:

Rank Adı Dövriyyə (manatla) Əməliyyatların sayı
1 “PAŞA Kapital İnvestisiya Şirkəti” QSC 24,459,931,084.00 3891
2 "ABB İnvest İnvestisiya Şirkəti" QSC 17,774,309,726.00 13956
3 “Assist Finance İnvestisiya şirkəti” ASC 2,891,962,775.00 1170
4 “CPM-İnvest İnvestisiya Şirkəti” QSC 1,916,374,880.00 1128
5 "Xalq Kapital İnvestisiya Şirkəti" QSC 1,712,809,319.00 108
6 “Unicapital İnvestisiya Şirkəti” ASC 1,186,966,155.00 4359
7 "İnvest-Az İnvestisiya Şirkəti" QSC 1,100,402,751.00 652
8 "Capital Partners İnvestisiya Şirkəti" QSC 648,247,523.00 669
9 "Troni İnvestisiya Şirkəti" QSC 305,078,762.00 3334
10 “CFI Financial İnvestisiya Şirkəti” QSC 189,755,176.00 74
11 “PSG Kapital İnvestisiya Şirkəti" ASC 136,858,840.00 768
12 “MFX Trading İnvestisiya Şirkəti” ASC 120,329,744.00 38
Məqalədə:
Xəbər lenti

Xəbər lenti