...

Macarıstan Azərbaycan iqtisadiyyatına investisiyaları 77% artırıb

İqtisadiyyat Materials 10 İyul 2025 17:07 (UTC +04:00)
Macarıstan Azərbaycan iqtisadiyyatına investisiyaları 77% artırıb
Əvəz Həsənov
Əvəz Həsənov
Bütün xəbərlər

Bakı. Trend:

Bu ilin birinci rübündə Macarıstandan Azərbaycan iqtisadiyyatına cəlb olunmuş birbaşa xarici investisiyalarının həcmi 80,255 milyon ABŞ dolları təşkil edib.

Trend bu barədə Azərbaycan Mərkəzi Bankından məlumat əldə edib.

Məlumata əsasən, 2024-cü ilin eyni dövründəki göstərici ilə müqayisədə sözügedən ölkədən Azərbaycan iqtisadiyyatına investisiyalar 34,92 milyon ABŞ dolları və ya 77% artıb. 2024-cü ilin ilk rübündə Macarıstandan Azərbaycana birbaşa xarici investisiyaların həcmi 45,335 milyon ABŞ dollarına bərabər olub.

Hesabat dövründə Azərbaycandan Macarıstanın iqtisadiyyatına 496 min ABŞ dolları investisiya yatırılıb ki, bu da, illik müqayisədə 88 min ABŞ dolları, yaxud da 15,1% azdır. Ötən ilin birinci rübündə bu məbləğ 584 min ABŞ dolları olub.

Cari ilin ilk üç ayında Azərbaycana birbaşa xarici investisiyaların ümumi həcmində Macarıstandan yatırılan investisiyaların payı 5,3% təşkil edib. Xaricə yatırılan investisiyaların payında isə bu ölkə 0,2%-lik yer tutub.

Qeyd edək ki, 2025-ci ilin birinci rübündə Azərbaycan iqtisadiyyatına birbaşa xarici investisiyalar 1,518 milyard ABŞ dollarından çox olub. Bu isə 2024-cü ilin eyni dövründəki göstərici ilə müqayisədə 10,456 milyon ABŞ dolları və ya 0,7% artım deməkdir.

Eyni zamanda, hesabat ili ərzində Azərbaycandan xarici iqtisadiyyata yönəldilmiş birbaşa xarici investisiyaların həcmi isə 315,116 milyon ABŞ dolları olub ki, bu da 2024-cü ilin eyni dövründəki göstərici ilə müqayisədə 15,335 milyon ABŞ dolları və ya 4,6% azdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti