...

İsrail Azərbaycan iqtisadiyyatına investisiyaları 5 dəfədən çox artırıb

İqtisadiyyat Materials 14 İyul 2025 10:55 (UTC +04:00)
İsrail Azərbaycan iqtisadiyyatına investisiyaları 5 dəfədən çox artırıb
Əvəz Həsənov
Əvəz Həsənov
Bütün xəbərlər

Bakı. Trend:

Bu ilin birinci rübündə İsraildən Azərbaycan iqtisadiyyatına cəlb olunmuş birbaşa xarici investisiyalarının həcmi 1,210 milyon ABŞ dolları təşkil edib.

Trend bu barədə Azərbaycan Mərkəzi Bankından məlumat əldə edib.

Məlumata əsasən, 2024-cü ilin eyni dövründəki göstərici ilə müqayisədə sözügedən ölkədən Azərbaycan iqtisadiyyatına investisiyalar 976 min ABŞ dolları və ya 5,2 dəfə artıb. 2024-cü ilin ilk rübündə İsraildən Azərbaycana birbaşa xarici investisiyaların həcmi 234 min ABŞ dollarına bərabər olub.

Cari ilin ilk üç ayında Azərbaycana birbaşa xarici investisiyaların ümumi həcmində İsraildən yatırılan investisiyaların payı 0,1% təşkil edib.

Qeyd edək ki, 2025-ci ilin birinci rübündə Azərbaycan iqtisadiyyatına birbaşa xarici investisiyalar 1,518 milyard ABŞ dollarından çox olub. Bu isə 2024-cü ilin eyni dövründəki göstərici ilə müqayisədə 10,456 milyon ABŞ dolları və ya 0,7% artım deməkdir.

Eyni zamanda, hesabat ili ərzində Azərbaycandan xarici iqtisadiyyata yönəldilmiş birbaşa xarici investisiyaların həcmi isə 315,116 milyon ABŞ dolları olub ki, bu da 2024-cü ilin eyni dövründəki göstərici ilə müqayisədə 15,335 milyon ABŞ dolları və ya 4,6% azdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti