...

Hesablama Palatası Dövlət Maliyyəsinin Qiymətləndirilməsi üzrə İşci Qrupa üzvlük namizədliyini irəli sürüb

İqtisadiyyat Materials 17 İyul 2025 13:07 (UTC +04:00)
Hesablama Palatası Dövlət Maliyyəsinin Qiymətləndirilməsi üzrə İşci Qrupa üzvlük namizədliyini irəli sürüb
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan Respublikası Hesablama Palatası yeni qrup olan Proqnozlaşma və Dövlət Maliyyəsinin Qiymətləndirilməsi üzrə İşci Qrupun üzvü olması ilə bağlı öz namizədliyini təqdim edib.

Trend xəbər verir ki, bunu Hesablama Palatasının sədri Vüqar Gülməmmədov bu gün Bakıda keçirilən ASOSAI İdarə Heyətinin 62-ci iclası çərçivəsində jurnalistlərə açıqlamasında deyib.

"Hesab edirik ki, fiskal risklərin və hökumətlərin qarşısında dayanan çağırışların, problemlərin həllinə yönəldilən vəsaitlərin auditi üzrə bilik və bacarıqların paylaşılması, bu sahədə təcrübələrin öyrənilməsi Azərbaycan Respublikası Hesablama Palatasına çox vacib töhfə verəcək", - sədr bildirib.

O qeyd edib ki, Azərbaycan Respublikası Hesablama Palatası Ali Audit Orqanları Asiya Təşkilatına (ASOSAI) üzv olması ilə yanaşı dörd ölkə ilə də Anlaşma Memorandumu imzalayıb: "Qazaxıstan, Qırğızıstan, Koreya Respublikası və Çin Xalq Respublikası ilə ikitərəfli Anlaşma Memorandumumuz da vardır. Bu memorandumlar çərçivəsində seminar və biliklərin paylaşılması, öyrənilməsi, eləcə də təlimlərin keçirilməsi vardır.

"Bu il biz Qazaxıstan Respublikası ilə paralel auditin aparılması üzrə razılıq əldə etmişik. Bu razılaşma sentyabr ayının sonunda imzalanaraq təsdiq olunacaq.

Türkiyə Respublikası ilə də memorandumun yenilənməsi niyyətimiz vardır. Əməkdaşlıq çərçivəsində Iğdır-Naxçıvan qaz kəmərinə çəkilən xərclərin auditi ilə bağlı nəticələrimiz yekunlaşıb. Əlavə olaraq, iqlim dəyişiklikləri ilə də bağlı, eləcə də kənd təsərrüfatı üzrə də paralel auditlərin aparılması nəzərdə tutulur", - deyə sədr vurğulayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti