...

Azərbaycanın pambıq lifi ixracından gəlirləri 15%-ə yaxın azalıb

İqtisadiyyat Materials 23 İyul 2025 12:23 (UTC +04:00)
Azərbaycanın pambıq lifi ixracından gəlirləri 15%-ə yaxın azalıb
Əvəz Həsənov
Əvəz Həsənov
Bütün xəbərlər

Bakı. Trend:

Bu ilin yanvar-iyun aylarında Azərbaycandan ixrac edilmiş pambıq lifinin miqdarı 69,5 min ton olub.

Trend-in Dövlət Gömrük Komitəsinə istinadən verdiyi məlumata görə, bu miqdarda məhsul ixracından əldə olunan gəlirin həcmi 100,2 milyon ABŞ dolları olub.

Pambıq lifi ixracı ötən ilin eyni dövrü ilə müqayisədə, miqdar ifadəsi ilə 6,5 min ton və ya 8,5%, dəyər ifadəsi ilə 17,4 milyon ABŞ dolları, yaxud da 14,8% azalıb.

Belə ki, 2024-cü ilin yanvar-iyun aylarında Azərbaycandan ixrac edilən pambıq lifinin miqdarı 76 min ton, dəyəri isə 117,6 milyon ABŞ dolları təşkil edib.

Qeyd edək ki, hesabat dövründə ixrac edilən pambıq lifinin ümumi ixracda payı 0,78%, qeyri-neft sektoru üzrə ixracda payı isə 5,71% olub.

Qeyd edək ki, 2025-ci ilin yanvar-iyun aylarında Azərbaycan xarici ölkələrlə 24,4 milyard ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Bu göstərici ötən ilin eyni dövrünə nisbətən 2,632 milyard ABŞ dolları və ya 12,1% çoxdur.

Xarici ticarət dövriyyəsinin 12,878 milyard ABŞ dolları ixracın, 11,522 milyard ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 0,2% azalıb, idxal isə 29,9% artıb.

Nəticədə, xarici ticarətdə 1,356 milyard dollarlıq müsbət saldo yaranıb. Bu da illik müqayisədə 2,677 milyard ABŞ dolları və ya 3 dəfə azdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti