...

ARDNF-in investisiya portfelində Avropa ölkələrinin payı artıb

İqtisadiyyat Materials 23 İyul 2025 16:55 (UTC +04:00)
ARDNF-in investisiya portfelində Avropa ölkələrinin payı artıb
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Bu ilin iyulun 1-nə Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) investisiya portfelinin 31,4%-ni Avropaya yatırılan investisiyalar təşkil edib.

Trend bu barədə Fonddan məlumat əldə edib.

Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 0,7 faiz bəndi çoxdur. Belə ki, 2024-cü ilin iyulun 1-nə ARDNF-nin investisiya portfelində Avropaya yatırılan investisiyaların həcmi 30,7% idi.

Bununla yanaşı, cari ilin iyulun 1-nə Fondun investisiya portfelinin 25,3%-ni Şimali Amerikaya (ötən ilin eyni dövrü ilə müqayisədə 7,8 faiz bəndi az), 9,1%-ni Asiyaya (3,7 faiz bəndi çox), 1,4%-ni Yaxın Şərqə, 0,9%-ni Yeni Zellandiya və Avstraliyaya (0,2 faiz bəndi çox), 0,1%-ni Latın Amerikaya (əvvəlki ilin eyni dövründəki göstərici ilə eyni) yatırılan investisyalar təşkil edib. Fondun Afrikaya yatırılan investisyaları isə portfelin 0,02%-nə bərabər olub (ötən ilin eyni dövrü ilə müqayisədə 0,1 faiz bəndi çox).

Qızıla investisiyalar portfelin 28,8%-i (ötən ilin eyni dövrü ilə müqayisədə 14 faiz bəndi çox), beynəlxalq maliyyə təşkilatlarına investisiyalar isə portfelin 43%-i (ötən ilin eyni dövrü ilə müqayisədə 4,6 faiz bəndi az) qədər olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti