...

Azərbaycanın pambıq mahlıcı ixracından gəlirləri 15%-dən çox azalıb

İqtisadiyyat Materials 31 İyul 2025 12:46 (UTC +04:00)
Azərbaycanın pambıq mahlıcı ixracından gəlirləri 15%-dən çox azalıb
Əvəz Həsənov
Əvəz Həsənov
Bütün xəbərlər

Bakı. Trend:

Cari ilin yanvar-iyun aylarında Azərbaycandan 98,6 milyon ABŞ dolları dəyərində pambıq mahlıcı ixrac edilib.

Bu barədə Trend İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) açıqladığı “İxrac icmalı”nın iyul sayına istinadən xəbər verir.

Məlumata görə, pambıq mahlıcının ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 18,2 milyon ABŞ dolları və ya 15,6% azalıb.

Belə ki, ötən ilin birinci yarısında Azərbaycandan 116,8 milyon ABŞ dolları dəyərində pambıq mahlıcı ixrac edilmişdi.

Qeyd edək ki, bu ilin yanvar-iyun aylarında Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 9.9% artaraq 1,8 milyard ABŞ dolları təşkil edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti