...

Dövriyyədə olan dövlət qiymətli kağızlarının həcmi 8 milyard manatı ötüb

İqtisadiyyat Materials 1 Avqust 2025 10:26 (UTC +04:00)
Dövriyyədə olan dövlət qiymətli kağızlarının həcmi 8 milyard manatı ötüb
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Strategiyaya uyğun olaraq daxili maliyyə bazarının inkişafının dəstəklənməsi məqsədilə, habelə xarici dövlət borcunun daxili dövlət borcu ilə əvəzlənməsi çərçivəsində 2018-ci il ilə müqayisədə dövriyyədə olan dövlət qiymətli kağızlarının həcmi təqribən 7,6 dəfə artaraq 1 iyul 2025-ci il tarixinə 8.027 milyard manata çatıb.

Bu barədə Trend Maliyyə Nazirliyinə istinadən xəbər verir.

Məlumata əsasən, hesabat tarixinə dövriyyədə olan 8.026,8 milyon manat məbləğində dövlət qiymətli kağızlarının 12,9 faizi 1 illik, 57,0 faizi 2 və 3 illik, 30,1 faizi isə 5 il və daha artıq müddətli qiymətli kağızlarının payına düşür.

Bildirilib ki, 1 iyul 2025-ci il tarixinə dövriyyədə olan dövlət istiqrazları üzrə Orta Ödəmə Müddəti (OÖM) 2,93 təşkil edib: "2025-ci ilin birinci yarımili ərzində dövlət istiqrazları üzrə orta ödəniş müddətinin uzadılması, təkrar maliyyələşdirmə həcmlərinin hamarlaşdırılması məqsədilə həyata keçirilən tədbirlər nəticəsində qısamüddətli dövlət istiqrazlarının geri alınaraq daha uzunmüddətli dövlət istiqrazları ilə əvəz olunması dövlət istiqrazları üzrə OÖM-ün artmasına səbəb olub".

"Cari ilin birinci yarımili ərzində dövlət istiqrazları üzrə OÖM-ün artırılması istiqamətində həyata keçirilən tədbirlər çərçivəsində uzunmüddətli dövlət istiqrazlarının emissiyası həyata keçirilib. Eyni zamanda, cari ilin birinci yarımili ərzində dövlət istiqrazlarının gəlirlilik dərəcələrində azalma müşahidə olunmuşdur. Aşağıdakı qrafikdə dövlət istiqrazlarının illər üzrə orta gəlirlilik dərəcələri ilə yanaşı, Azərbaycan Respublikası Mərkəzi Bankının uçot faiz dərəcəsi istinad göstərici kimi təqdim edilib", - məlumatda qeyd edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti