...

İnformasiya və rabitə sektorunda çalışan işçilərin orta aylıq əməkhaqqı 11%-dən çox artıb

İqtisadiyyat Materials 26 Avqust 2025 16:19 (UTC +04:00)
İnformasiya və rabitə sektorunda çalışan işçilərin orta aylıq əməkhaqqı 11%-dən çox artıb
Aytac Şirəliyeva
Aytac Şirəliyeva
Bütün xəbərlər

Bakı. Trend:

Bu ilin yanvar-iyun aylarında informasiya və rabitə sektorunda çalışan işçilərin orta aylıq əməkhaqqı 1 905,9 min manat təşkil edib.

Trend bu barədə Dövlət Statistika Komitəsindən məlumat əldə edib.

Məlumata əsasən, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 195,1 manat və ya 11,4% çoxdur.

Hesabat dövründə sahələr üzrə göstəricilərə gəldikdə nəşriyyat fəaliyyəti sahəsində 862,6 manat, kinofilmlərin, video və televiziya proqramlarının istehsalı, səsyazma və musiqi nəşrləri ilə əlaqədar fəaliyyət sahəsində 1 178,3 manat, proqramların tərtib edilməsi, radio və

televerilişlərin translyasiya edilməsi ilə əlaqədar fəaliyyət sahəsində 1 206,1 manat, rabitə sahəsində 2 262,8 manat, proqram təminatının işlənməsi, bu sahədə məsləhətlər və bununla əlaqədar fəaliyyət sahəsində 2 124,3 manat, informasiya xidmətləri fəaliyyəti sahəsində isə 1 891,7 manat təşkil edib.

Qeyd edək ki. 2025-ci ilin yanvar-iyun aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 2024-cü ilin müvafiq dövrünə nisbətən 9,4 faiz artaraq 1097,3 manat təşkil edib. Əməkhaqqı neft-qaz sektorunda 3918,7 manat, qeyri neft-qaz sektorunda 1044,9 manat təşkil edib. Dövlət müəssisələrində çalışan işçilərin əməkhaqları 1061,8 manat, özəl müəssisələrdə isə 1133,0 manat olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti