...

Azərbaycana gətirilən elektromobillərin sayı açıqlanıb

İqtisadiyyat Materials 15 Sentyabr 2025 17:00 (UTC +04:00)
Azərbaycana gətirilən elektromobillərin sayı açıqlanıb
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Cari ilin yanvar-avqust aylarında Azərbaycana xaricdən 1 412 ədəd yalnız elektrik mühərriklə hərəkətə gətirilən nəqliyyat vasitələri (elektromobil) gətirilib.

Trend bu barədə Dövlət Gömrük Komitəsindən məlumat əldə edib.

Məlumata görə, bu sayda elektromobillərin idxalının dəyəri 44,289 milyon ABŞ dolları olub.

Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə miqdar ifadəsi ilə 559 ədəd və ya 28,4%, dəyər ifadəsi ilə isə 34,194 milyon ABŞ dolları və ya 43,6% azdır.

Qeyd edək ki, bu ilin yanvar-avqust aylarında Azərbaycana 74 481 ədəd avtomobil idxal edilib. Bu sayda avtomobilin idxalına çəkilən xərcin həcmi 1,382 milyard ABŞ dolları olub.

Avtomobil idxalı ötən ilin eyni dövrü ilə müqayisədə miqdar ifadəsi ilə 15 542 ədəd və ya 26,4%, dəyər ifadəsi ilə 270,480 milyon ABŞ dolları, yaxud da 24,3% artıb.

Dövr ərzində ölkəyə 43,238 milyon ABŞ dolları dəyərində 478 ədəd sürücü daxil olmaqla, 10 nəfər və ya daha çox adam daşımaq üçün nəzərdə tutulmuş mühərrikli nəqliyyat vasitələri, 1,243 milyard ABŞ dolları dəyərində 68 295 ədəd əsasən adam daşımaq üçün nəzərdə tutulmuş minik avtomobilləri və digər mühərrikli nəqliyyat vasitələri idxal edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti