Bakı. Trend:
Yelo Bank qadın əməkdaşlarının sağlamlığını və maariflənməsini
daim diqqət mərkəzində saxlayır. Oktyabr - Ümumdünya Süd Vəzi
Xərçəngi ilə Mübarizə ayı çərçivəsində Bankda xüsusi maarifləndirmə
tədbiri təşkil olundu.
Tədbirdə Referans Hayat Hospitalın peşəkar onkoloq - mamaloqu qadın
sağlamlığı, erkən diaqnostikanın əhəmiyyəti və profilaktik
müayinələrin vacibliyi barədə ətraflı məlumat verdi. Seminar zamanı
əməkdaşlar suallarını ünvanlamaq, faydalı məsləhətlər almaq və
mövzu ilə bağlı praktiki biliklərini artırmaq imkanı
qazandılar.
Hər bir qadının sağlamlığına qayğı göstərmək həm iş mühitində, həm
də cəmiyyətdə daha güclü və dayanıqlı gələcək deməkdir. Yelo Bank
bundan sonra da əməkdaşlarının sağlamlığına və rifahına yönəlmiş
təşəbbüsləri dəstəkləməyə davam edəcək.
Bank xidmətləri, eləcə də kredit
kartı haqqında ətraflı məlumat almaq istəyirsiniz? O zaman 981
nömrəsinə zəng edin və ya Facebook, Instagram , Whatsapp və yelo.az hesablarımızı ziyarət edin.
Yelo Bank – Parlaq bankçılıq!