Bakı. Trend:
Zəfər Günü xalqımızın şərəf və qürur günüdür. Bu tarixi gün
münasibətilə Yelo Bank II Qarabağ müharibəsində şəhid olmuş
qəhrəmanlarımızın ailələrinə dəstək məqsədilə Xocavənd rayonunda
sosial aksiya həyata keçirdi.
Aksiya çərçivəsində Qızıl Aypara Cəmiyyəti ilə birgə şəhid
analarını ziyarət edərək, onlara bayram payı təqdim edilib. Bu
təşəbbüs, Bankın sosial məsuliyyət strategiyasının bir hissəsi
olaraq, şəhid ailələrinin hər zaman xalqımızın yaddaşında və
qəlbində xüsusi yer tutduğunu bir daha vurğulayır.
Şəhidlərimizin ailələrinə dəstək göstərmək, onların yanında olmaq
və bayram sevincini bölüşmək hər birimizin borcudur. Bu gün doğma
torpaqlarımızda bayramı qeyd edə bilmək, qəhrəmanlarımızın
fədakarlığı sayəsində mümkün olub.
Zəfərimizin 5-ci ilində bütün xalqımızı ürəkdən təbrik edirik!
Bank kredit
təklifləri ilə maraqlanırsınız? O zaman 981 nömrəsinə zəng edin və
ya Facebook,
Instagram ,
Whatsapp və yelo.az hesablarımızı ziyarət edin.
Yelo Bank – Parlaq bankçılıq!