...

İnformasiya və rabitə xidmətlərinin həcmi 9%-ə yaxın artıb

İqtisadiyyat Materials 14 Noyabr 2025 15:54 (UTC +04:00)
İnformasiya və rabitə xidmətlərinin həcmi 9%-ə yaxın artıb
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Bu ilin ilk 10 ayında Azərbaycanda informasiya və rabitə müəssisələri tərəfindən göstərilmiş 3,120 milyard manatlıq xidmətlərin 71,6 faizi əhali sektoruna aid olub.

Bu barədə Trend Dövlət Statisitka Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, 2025-ci ilin yanvar-oktyabr aylarında göstərilmiş informasiya və rabitə xidmətlərinin həcmi əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 8,5 faiz artıb.

Qeyd edilib ki, bu sahədə əldə edilmiş gəlirin 83,3 faizi qeyri-dövlət sektorunun payına düşüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti