...

Aİ və Tacikistan Orta Dəhliz və rəqəmsal infrastruktur üzrə planları inkişaf etdirir - Avropa Komissiyası (ÖZƏL)

İqtisadiyyat Materials 10 Dekabr 2025 10:51 (UTC +04:00)
Aİ və Tacikistan Orta Dəhliz və rəqəmsal infrastruktur üzrə planları inkişaf etdirir - Avropa Komissiyası (ÖZƏL)
Gülnarə Rəhimova
Gülnarə Rəhimova
Bütün xəbərlər

Bakı. Trend:

Tacikistan və Avropa İttifaqı regional nəqliyyat və rəqəmsal infrastrukturun gücləndirilməsi üzrə əməkdaşlığı aktivləşdirir və Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutuna (TBNM) xüsusi diqqət yetirir

Bunu Trend-ə verdiyi özəl müsahibədə Avropa Komissiyasının nümayəndəsi bildirib.

Komissiya nümayəndəsi bildirib ki, nəqliyyat bağlantısı Aİ ilə Mərkəzi Asiya arasında əməkdaşlığın əsas istiqamətlərindən biridir və TBNM-in inkişafı birgə səylərin mərkəzində dayanır.

“Aİ Tacikistanı Mərkəzi Asiya ölkələrini Avropa ilə birləşdirən inteqrasiya olunmuş şəbəkənin mühüm həlqəsi kimi görür. Hazırda Aİ Tacikistanın Nəqliyyat Nazirliyi ilə ölkədə prioritet infrastruktur layihələri üzrə müzakirələr aparır”,- deyə Avropa Komissiyasının nümayəndəsi vurğulayıb.

Layihələrdə əldə olunan irəliləyişi qeyd edən nümayəndə, yaxınlarda Özbəkistanın paytaxtı Daşkənddə keçirilmiş "Connectivity Forum" (Əlaqəlilik Forumu) çərçivəsində aparılan müzakirələrin nəticələrinə toxunub.

“2025-ci il noyabrın 27-də Aİ Daşkənddə təşkil olunan TBNM və əlaqəlilik üzrə İnvestisiya Forumunun həmtəşkilatçısı qismində çıxış edib, burada TBNM üzrə əldə olunan irəliləyiş nəzərdən keçirilib və “Global Gateway” proqramı çərçivəsində yeni nəqliyyat layihələri və investisiyalar elan olunub. Bu təşəbbüslər regionda əlaqəliliyin daha da möhkəmləndirilməsinə xidmət edəcək”, – deyə Avropa Komissiyasının nümayəndəsi bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti