...

AAİB 2026-cı ildə Özbəkistanda maliyyələşdirilməsi nəzərdə tutulan 3 əsas layihəni müəyyənləşdirib

İqtisadiyyat Materials 18 Dekabr 2025 17:48 (UTC +04:00)
AAİB 2026-cı ildə Özbəkistanda maliyyələşdirilməsi nəzərdə tutulan 3 əsas layihəni müəyyənləşdirib
Alyona Pavlenko
Alyona Pavlenko
Bütün xəbərlər

Almatı. Trend:

Avrasiya İnkişaf Bankı (AAİB) 2026-cı il üçün Özbəkistanda maliyyələşdirilməsi nəzərdə tutulan üç əsas layihəni müəyyənləşdirib.

Trend-in xüsusi müxbiri xəbər verir ki, bu barədə AAİB İdarə heyəti sədrinin müavini Yaroslav Mandron Almatıda 2025-ci ilin yekunlarına dair mətbuat konfransında bildirib.

O qeyd edib ki, AAİB hazırda Özbəkistanda maliyyələşdirməyə yüksək hazırlıq mərhələsindədir.

“İlk növbədə bu Almalık Kombinatıdır, orada bizim investisiyaların həcmi 100–150 milyon dollar təşkil edəcək – bunu artıq müştəri ilə müzakirə etmişik. Hazırda layihəni tam maliyyələşdirmək üçün hökumətdən yekun sənəd paketini gözləyirik”, – sədr müavini bildirib.

Y. Mandronun sözlərinə görə, layihə həmçinin polimer məhsullarının istehsalı kompleksinin tikintisini əhatə edir. Bank üçün ayrıca maraq istiqaməti hava limanı infrastrukturlarının inkişafıdır – xüsusilə Buxara şəhərində hava limanının tikintisi maraq doğurur.

Xatırladaq ki, AAİB çoxtərəfli inkişaf bankıdır və məqsədi iştirakçı ölkələrin iqtisadi artımına dəstək vermək, onlar arasında ticarət-iqtisadi əlaqələri genişləndirmək, eləcə də Avrasiya məkanında inteqrasiya proseslərini investisiya fəaliyyəti vasitəsilə inkişaf etdirməkdir. AAİB-in yeddi üzvü var: Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan, Rusiya, Tacikistan və Özbəkistan.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti