Bakı. Trend:
Biznes sahibləri və mikro sahibkarlar üçün ani xərclər bəzən
gözlənilmədən ortaya çıxır. Klassik kredit təminatı mümkün olmayan
sahibkarlar üçün Yelo Bank yeni həll təklif edir – Qızıl təminatlı
mikro kredit. Bu kredit çərçivəsində sahibkarlar qiymətli
qızıl-zinət əşyalarını təminat kimi təqdim edərək 50 000 AZN-dək
vəsait əldə edə bilərlər.
Kreditin müddəti 48 ayadək, güzəşt dövrü isə kredit müddətinin
yarısınadək – maksimum 12 ay təşkil edir. Kreditin əsas üstünlüyü
odur ki, qızılın dəyəri yüksək qiymətləndirilir, sənədləşmə
minimumdur və qərarvermə sürətlidir, zamin tələb olunmur. Yəni
biznesinizdə ani xərclər yarananda və təcili kredit lazım olduqda,
qızıl-zinət əşyalarınızı Yelo Bank-da dəyərləndirə bilərsiniz.
Yelo Bank bu yeni məhsulla sahibkarların gündəlik maliyyə yükünü
yüngülləşdirməyi və biznesin inkişafına çevik dəstək verməyi
hədəfləyir. Gözlənilməz xərclər biznesinizi dayandırmasın, krediti
elə indi onlayn sifariş edin: https://ylb.az/qizilteminatli-mikrokredit.
Mikrokredit
haqqında əlavə suallarınız var? O zaman 981 nömrəsinə zəng edin və
ya Facebook,
Instagram ,
Whatsapp və yelo.az hesablarımızı ziyarət edin.
Yelo Bank – Parlaq bankçılıq!