Bakı. Trend:
“Yelo Bank” ASC dövri sifarişlərin (dəftərxana və təsərrüfat malları) alışı üçün açıq tender elan edir. Texniki tender aşağıdakı şərtlər əsasında aparılacaq:
- Texniki tenderdə qiymət təqdim edilmir:
- Təqdim ediləcək nümunələr 01 saylı Əlavədə “Dəftərxana və
Təsərrüfat” mallarında marka qeyd edilməmiş hər bir məhsul üzrə
orta və yüksək keyfiyyətə malik nümunə təqdim edilməlidir.
- Təqdim ediləcək nümunə ödənişli olduğu təqdirdə, sifariçi ilə
öncədən razılaşdırılmalıdır. Əks halda, sifarişçi tərəfindən heç
bir ödəniş həyata keçirilmir.
- Sifarişçinin tələblərinə cavab verən nümunələr seçilmiş hesab
ediləcəkdir.
- Seçilmiş nümunələri təqdim edən Tender iştirakçısı Maliyyə
Tenderində iştirak etmək hüququ əldə edir.
- Maliyyə tenderinə qatılmaq və “Dəftərxana və Təsərrüfat” malları
ilə bağlı qiymət təklifləri göndərilməsi ilə əlaqədar, Sifarişçi
tərəfindən Tender elanı barədə yalnız, seçilmiş Tender
iştirakçıları məlumatlandırılaca.
Tender iştirakçıları aşağıdakı meyarlara sahib olmalıdırlar:
- Bakı daxili və regionlar üzrə hər ay çatdırılmanı təmin edə
bilən şirkətlər.
- Sifarişlər yönləndirildikdən sonra, 10 iş günü ərzində ölkədaxili
bölgələr üzrə (11 filial) və 5 iş günü ərzində isə Bakı şəhəri üzrə
(13 filial) çatdırılma edilməlidir.
- Filialların ünvanlarını https://www.yelo.az/az/individuals/atms-and-branches/
linkinə keçid edərək əldə edə bilərsiniz.
Tender təklifinin təqdim edilməsinin son tarix vaxtı:
- Tender təklifləri 6 fevral 2026-cı il, Bakı vaxtı ilə saat
17:00-a qədər Bakı ş. Həsən bəy Zərdabi 81K ünvanına bağlı və
küncləri möhürlənmiş zərflər şəklində təqdim edilməlidir.
- Zərflərin hər küncü möhürlənməlidir.
- Göstərilən tarixdən və vaxtdan sonra təqdim olunan zərflər qəbul
edilməyəcək.
Məhsul üzrə texniki şərt və tenderdə iştiraka dair tələblər ilə
aşağıdakı faylları yükləyərək tanış ola bilərsiniz: https://ylb.az/49uXKel.
Bank xidmətləri haqqında əlavə suallarınız var? O zaman 981
nömrəsinə zəng edin və ya Facebook, Instagram , Whatsapp və yelo.az hesablarımızı ziyarət edin.
Yelo Bank – Parlaq bankçılıq!