Bakı. Trend:
İnnovativ bankçılıq həlləri ilə seçilən Yelo Bank, artıq
dördüncü dəfə Mastercard-ın təşkilatçılığı ilə keçirilən "Customer
Tech Conference" tədbirinə ev sahibliyi edib. Yelo Bank-ın baş
ofisində keçirilən konfrans, ölkənin bank sektorundan 50-dən çox
rəhbər və mütəxəssisi bir araya gətirərək rəqəmsal ekosistemin
gələcəyini müzakirə etmək üçün unikal platformaya çevrilib.
Builki konfransda ən son texnoloji trendlər və tətbiqi gözlənilən
yeniliklər diqqət mərkəzində olub. Tədbir iştirakçıları maliyyə
xidmətlərini daha sürətli və təhlükəsiz edəcək aşağıdakı strateji
mövzular ətrafında fikir mübadiləsi aparıblar:
• 2026-cı ilin ikinci rübü üçün Mastercard-ın qlobal texnoloji relizləri və onların yerli bazara inteqrasiyası;
• Ödənişlərin fərqli vasitəçilər və geniş şəbəkələr üzərindən aparılmasını təmin edən Agent Pay imkanları;
• İctimai nəqliyyatda nağdsız ödənişlərin genişləndirilməsi və tətbiq olunan müasir tranzit modelləri;
• Kiber-təhlükəsizlik, fırıldaqçılıqla mübarizə və müştəri məlumatlarının süni intellektlə qorunması həlləri.
Yelo Bank maliyyə sektorunun inkişafına təkan verən bu cür
qlobal təşəbbüsləri dəstəkləməyə və innovasiyaların mərkəzində
olmağa davam edəcək.
Debet kartı
əldə etmək istəyirsiniz? O zaman 981 nömrəsinə zəng edin və ya
Facebook, Instagram , Whatsapp və yelo.az hesablarımızı ziyarət edin.
Yelo Bank – Parlaq bankçılıq!