Bakı. Trend:
Yelo Bank rəqəmsal bankçılıq xidmətlərinin genişləndirilməsi
istiqamətində növbəti yeniliyini təqdim edir. Bankın həm POS
terminallarında, həm də mobil bankçılıq tətbiqi Yelo App-də QR ilə
ödəniş funksiyası artıq aktivdir.
Sahibkarlar üçün yeni imkan!
Yelo Bank-ın POS terminallarından istifadə edən sahibkarlar əlavə
cihaz almadan QR ödənişləri qəbul edə biləcəklər. Kartı olmayan və
ya limiti məhdud müştərilər hesablarındakı vəsaitlə ödəniş edə
bilirlər ki, bu da sahibkar üçün nağdsız ödəniş həcmini artırır.
Vəsait isə dərhal sahibkarın hesabına oturur.
Müştərilər üçün rahatlıq!
Bu yenilik yalnız sahibkarlar üçün deyil, fiziki şəxslər üçün də
gündəlik həyatın ayrılmaz hissəsinə çevriləcək qədər rahat və
əlverişlidir. İstifadəsi olduqca sadədir: alış-veriş zamanı kassada
QR ödəniş seçildikdə POS terminalda məbləğ daxil olunur və “QR
ödəniş” funksiyası aktivləşdirilir. Formalaşan QR kodu Yelo
App-dəki skanner vasitəsilə oxutmaq kifayətdir. Xüsusilə qeyd edək
ki, müştəri ödənişi həm Yelo kartından, həm də bankdakı cari
hesabından rahat şəkildə həyata keçirə bilər.
Yelo Bank-ın məqsədi sahibkarların inkişafına dəstək olmaq və
müştərilərə innovativ bankçılıq həlləri təqdim etməkdir. Bu yenilik
isə biznesin maliyyə dövriyyəsini daha çevik edir və müştərilərə
daha rahat ödəniş imkanı təqdim edir.
Bankdan tez
kredit əldə etmək istəyirsiniz? O zaman 981 nömrəsinə zəng edin
və ya Facebook, Instagram , Whatsapp və yelo.az hesablarımızı ziyarət edin.
Yelo Bank – Parlaq bankçılıq!