Bakı. Trend:
Bu ilin yanvar ayında Azərbaycandan 15,2 milyon ABŞ dolları dəyərində 10,4 min ton pambıq ixrac edilib.
Trend bu barədə Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.
Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 3,6 milyon ABŞ dolları və ya 31,1%, həcm baxımından isə 3,1 min ton və yaxud 43,4% çoxdur.
Pambıq ixracı ölkənin bu ilin yanvar ayının ümumi məhsul ixracında 0,38% paya malik olub.
Eyni zamanda 2026-cı ilin yanvar ayında Azərbaycana 1,019 milyon ABŞ dolları dəyərində pambıq idxal edilib.
Məlumata görə, bu, ötən ilin eyni ayındakı göstərici ilə müqayisədə 92 min ABŞ dolları və ya 9,9% çoxdur.
Hesabat ayında pambıq idxalı ölkənin ümumi idxalının 0,08%-ni təşkil edib.
