Bakı. Trend:
Bu ilin yanvar-fevral aylarında Azərbaycandan 41,1 milyon ABŞ dolları dəyərində 27,6 min ton pambıq ixrac edilib.
Trend bu barədə Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.
Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 12,6 milyon ABŞ dolları və ya 44,5%, həcm baxımından isə 9,023 min ton və yaxud 48,5% çoxdur.
Pambıq ixracı ölkənin bu ilin yanvar-fevral aylarının ümumi məhsul ixracında 1,12% paya malik olub.
Eyni zamanda 2026-cı ilin yanvar-fevral aylarında Azərbaycana 1,962 milyon ABŞ dolları dəyərində pambıq idxal edilib.
Məlumata görə, bu, ötən ilin eyni dövründəki göstərici ilə müqayisədə 314 min ABŞ dolları və ya 19% çoxdur.
Hesabat dövründə pambıq idxalı ölkənin ümumi idxalının 0,08%-ni təşkil edib.
