Bakı. Trend:
Bu ilin martın 1-nə Azərbaycan banklarının informasiya və rabitə sektoru üzrə biznes kredit portfeli 764,9 milyon manat təşkil edib.
Trend bu barədə Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir.
Məlumata əsasən, sözügedən sahə üzrə kredit portfeli aylıq müqayisədə 11,9 milyon manat və ya 1,5% azalıb, ötən ilin eyni dövrünə nisbətən isə 123,8 milyon manat 19,3% artıb.
Belə ki, informasiya və rabitə sektoru üzrə banklar tərəfindən verilmiş biznes kreditlərin məbləği 2026-cı ilin fevralın 1-nə 776,8 manat, ötən ilin martın 1-nə isə 641,1 milyon manat təşkil etmişdi.
Qeyd edək ki, 2026-cı ilin martın 1-nə Azərbaycanda bankların kredit portfeli 30,119 milyard manat olub. Kredit portfelinin strukturunda biznes kreditlәri 53,3% (16,058 milyard manat), istehlak kreditlәri 31,4% (9,467 milyard manat) vә ipoteka kreditlәri 15,3 % (4,593 milyard manat) təşkil edib.
