...

BMT-nin Azərbaycanda yeni Dayanıqlı İnkişaf Çərçivəsinin istiqamətləri təsdiqlənib

İqtisadiyyat Materials 10 Aprel 2026 11:39 (UTC +04:00)
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Bakıda BMT-nin Azərbaycandakı Dayanıqlı İnkişaf üzrə Əməkdaşlıq Çərçivəsi (UNSDCF) üzrə 2021–2025-ci illərin icmalı və 2026–2030-cu illər üzrə yeni çərçivənin əsas istiqamətləri müzakirə olunaraq təsdiqlənib.

Trend xəbər verir ki, tədbirdə iqtisadiyyat nazirinin müavini Anar Axundov və BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi İqor Qarafuliç çıxışlar ediblər. Daha sonra BMT-nin Rezident Əlaqələndirmə Ofisinin rəhbəri Kanako Mobuchi əvvəlki dövr üzrə əsas nəticələri və yeni çərçivənin icmalını təqdim edib.

Sessiyada iki nəticə qrupu (RG) üzrə 2026-cı il üzrə fəaliyyət planları və prioritetlər təqdim olunub. “İnklüziv sosial-iqtisadi inkişaf və insan kapitalı” və “İqlim dayanıqlılığı və yaşıl inkişaf” istiqamətləri üzrə görülən işlər və planlaşdırılan tədbirlər barədə məlumat verilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti