...

Azərbaycan iqtisadiyyatına investisiya qoyuluşu artıb

İqtisadiyyat Materials 13 Aprel 2026 16:16 (UTC +04:00)
Azərbaycan iqtisadiyyatına investisiya qoyuluşu artıb
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Bu ilin yanvar-mart aylarında Azərbaycanda əsas kapitala 4 milyard 49,8 milyon manat investisiya yönəldilib.

Trend bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 14,9% çoxdur.

Dövr ərzində qeyri-neft-qaz sektoruna investisiyaların həcmi 2 milyard 523,9 milyon manat təşkil edib.

Bu isə ötən ilin eyni dövrünə nisbətən 2,2% çoxdur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti