Bakı. Trend:
2025-ci ilin sonuna tədavüldə olan dövlət qiymətli kağızlarının həcmi azalsa da, Azərbaycan Mərkəzi Bankının (AMB) notlarında artım müşahidə edilib.
Trend bu barədə AMB-yə istinadən xəbər verir.
Belə ki, ötən ilin sonu ilə müqayisədə tədavüldə olan dövlət qiymətli kağızların həcmi 4% (0.4 milyard manat) azalaraq 9.0 milyard manat təşkil edib.
“Azalmanı şərtləndirən əsas amil cari ilin ilk 8 ayında Maliyyə Nazirliyi tərəfindən yeni emissiyanın təşkil edilməməsi olub. Hesabat dövrü ərzində AMB notlarının dövriyyədəki həcmi 1.8 dəfə (0.2 milyard manat) artaraq 0.4 milyard manata çatıb”, - məlumatda qeyd edilib.
