Bakı. Trend:
Yelo Bank 2026-cı ilin birinci rübü üzrə maliyyə göstəricilərini
açıqlayıb. Hesabat dövrünün nəticələrinə əsasən, Bank həm
gəlirlilik, həm də kapital dayanıqlığı üzrə artım dinamikasını
qoruyub saxlayıb. Rəqəmlərə nəzər yetirdikdə rüb üzrə əsas
göstəricilər belədir:
2026-cı ilin ilk üç ayı ərzində Yelo Bank-ın faiz gəlirləri ötən
ilin analoji dövrü ilə müqayisədə 25% artaraq 51 mln manata
yüksəlib. Qeyri-faiz gəlirləri isə 2 mln manatı ötüb. Rüb ərzində
Bank 6.6 mln manat xalis mənfəət əldə edib.
Ümumi kredit portfeli ötən ilin eyni dövrü ilə müqayisədə 13% (120
mln manat) artaraq 1 mlrd 80 mln manata yüksəlib. Real sektorun
dəstəklənməsini prioritet hesab edən Bank-ın biznes kredit portfeli
672 mln manat təşkil edir ki, bu da ümumi portfelin 62%-dən çox
olmaqla mühüm hissəsini əhatə edir. İstehlak kreditləri üzrə
portfel isə analoji dövrlə müqayisədə 15% (55 mln manat) artaraq
rübün sonuna 410 mln manat olub.
Müştərilərin maliyyə tərəfdaşı olaraq Bank-a olan etimadı əmanət
portfelinin həcmində özünü göstərir. Bankın əmanət portfeli ötən
ilin ilk rübü ilə müqayisədə 16% (147 mln manat) böyüyərək 1 mlrd
60 mln manatı ötüb.
Məcmu kapital ilin əvvəli ilə müqayisədə artaraq 177 mln manata
yüksəlib. Məcmu kapitalın adekvatlıq əmsalı 13.48%, birinci
dərəcəli kapitalın adekvatlıq əmsalı isə 11.69% olmaqla, hər iki
göstərici üzrə requlyativ tələbləri üstələyir.
Bankın ümumi aktivlərinin həcmi isə hesabat tarixinə 1 mlrd 513 mln
manat səviyyəsindədir.
Yelo Bank ili yüksək templə başlayaraq maliyyə göstəricilərində
artım dinamikasını qorumağa nail olub. Bank xüsusilə real sektorun,
kiçik və orta sahibkarlığın dəstəklənməsini özünün strateji
prioriteti hesab edir. Qarşıdakı dövrdə də Yelo Bank texnoloji
həllərin tətbiqini sürətləndirməklə, müştərilərin maliyyə
ehtiyaclarını müasir standartlara uyğun qarşılamağı və cəmiyyət
üçün əlavə dəyər yaratmağı hədəfləyir.
Sərfəli kredit
online şəkildə əldə etmək istəyirsiniz? O zaman 981 nömrəsinə
zəng edin və ya Facebook,
Instagram , Whatsapp və yelo.az hesablarımızı ziyarət edin.
Yelo Bank – Parlaq bankçılıq!