...

BVF İran müharibəsi fonunda qlobal iqtisadi artım templərinin yavaşlayacağını xəbərdar edib

İqtisadiyyat Materials 14 Aprel 2026 18:06 (UTC +04:00)
BVF İran müharibəsi fonunda qlobal iqtisadi artım templərinin yavaşlayacağını xəbərdar edib
Aytac Şirəliyeva
Aytac Şirəliyeva
Bütün xəbərlər

Bakı.Trend:

Dünya iqtisadiyyatı yeni sınaqlarla üzləşir, belə ki, Yaxın Şərqdəki müharibə iqtisadi artımın və inflyasiyanın azaldılması prosesinin pozulması təhlükəsi yaradır.

Trend bu barədə Beynəlxalq Valyuta Fonduna (BVF) istinadən xəbər verir.

“Keçən il dünya iqtisadiyyatı ticarət maneələrinin artmasına və davam edən yüksək qeyri-müəyyənliyə tab gətirsə də, indi Yaxın Şərqdəki münaqişə fonunda yeni ciddi sınaqla üz-üzə qalıb. Münaqişənin müddət və miqyas baxımından məhdud qalacağı təqdirdə, qlobal iqtisadi artımın 2026-cı ildə 3,1%-ə, 2027-ci ildə isə 3,2%-ə qədər yavaşlayacağı proqnozlaşdırılır”, - deyə BVF qeyd edir.

Məlumata görə, 2026-cı ildə qlobal inflyasiyanın cüzi artacağı, bundan sonra isə 2027-ci ildə yenidən azalma trayektoriyasına qayıdacağı gözlənilir: “Artımın zəifləməsi və inflyasiyanın sürətlənməsi xüsusilə formalaşan bazar ölkələrində və inkişaf etməkdə olan iqtisadiyyatlarda daha qabarıq şəkildə müşahidə olunacaq”.

“Proqnozda mənfi risklər üstünlük təşkil etməkdə davam edir. Daha uzunmüddətli və ya daha genişmiqyaslı münaqişə, geosiyasi parçalanmanın güclənməsi, süni intellekt hesabına məhsuldarlığın artımı ilə bağlı gözləntilərin yenidən qiymətləndirilməsi, eləcə də ticarət gərginliyinin yenidən alovlanması iqtisadi artımı əhəmiyyətli dərəcədə zəiflədə və maliyyə bazarlarını sabitsizləşdirə bilər”, - deyə BVF qeyd edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti