Bakı. Trend:
Yelo Bank investisiya imkanlarını hər kəs üçün daha sərfəli və
əlçatan etmək məqsədilə növbəti “Komissiyasız alış günləri”nə start
verir. 27 aprel – 9 may tarixləri arasında Yelo Invest vasitəsilə
ediləcək 10 USD-dən bütün səhm və ETF alış əməliyyatları üzrə
komissiya haqqı 0 USD təşkil edəcək.
Bu fürsətdən yararlanaraq həm yeni başlayan, həm də təcrübəli
investorlar dünyanın ən böyük şirkətlərinin səhmlərinə heç bir
əlavə xərc çəkmədən yatırım edə bilərlər.
Yelo Invest-in üstünlükləri ilə tanış ol:
✔️ Limit sifarişi: Bazarın qiymətini daim izləməyə
ehtiyac yoxdur. Almaq və ya satmaq istədiyin qiyməti müəyyən et,
qiymət həmin həddə çatdıqda sistem əməliyyatı sənin yerinə
avtomatik icra etsin.
✔️ 14 000-dən çox investisiya aləti: Geniş seçim
imkanı ilə portfelini şaxələndir.
✔️ 16 saatlıq ticarət seansı: Günün böyük
hissəsini əhatə edən ticarət imkanı ilə sənə uyğun vaxtda əməliyyat
et.
✔️ Tam onlayn proses: Filiala gəlmədən, saniyələr
içində Yelo App-də investisiya hesabı aç və dərhal yatırıma
başla.
Gələcəyini bugünkü yatırımlarınla formalaşdır. Yelo App-i yüklə,
komissiyasız alış günlərini qaçırma: https://ylb.az/invest.
Qeyd edək ki, Yelo Invest xidməti “Unicapital İnvestisiya Şirkəti”
ASC (lisenziya №-si 087910) vasitəsilə həyata keçirilir.
Sərfəl şərtlərlə lombard
krediti əldə etmək istəyirsiniz? O zaman 981 nömrəsinə zəng
edin və ya Facebook, Instagram , Whatsapp və yelo.az hesablarımızı ziyarət edin.
Yelo Bank – Parlaq bankçılıq!