Bakı. Trend:
Bakıda keçiriləcək İslam İnkişaf Bankı Qrupunun (IsDB) İllik Toplantısı çərçivəsində əlavə saziş və müqavilələrin imzalanması planlaşdırılır.
Trend xəbər verir ki, bu barədə Bakıda İslam İnkişaf Bankı Qrupunun İllik Toplantısına hazırlığa həsr olunmuş təqdimat zamanı İslam İnkişaf Bankı Qrupunun Biznes Forumunun (THIQAH) əlaqələr və tədbirlərin idarə olunması şöbəsinin meneceri Sahal Əl-Mərvai bildirib.
“Özəl Sektor Forumunun (PSF) əsas məqsədi təcrübə mübadiləsi və uğurlu nümunələrin paylaşılmasıdır. Forum, həmçinin investisiyaların təşviqinə və yeni imkanların yaradılmasına, o cümlədən Azərbaycanda bu imkanların genişləndirilməsinə yönəlib. Bundan əlavə, forum IsDB qrupunun həllərini, məhsullarını, xidmətlərini və birgə təşəbbüslərini təqdim etmək, həmçinin qlobal iqtisadiyyatın əsas çağırışlarını müzakirə etmək və B2B və B2G formatında görüşlər təşkil etmək üçün platforma rolunu oynayır”, - deyə o bildirib.
Onun sözlərinə görə, bunlar PSF-in əsas istiqamətləri və tədbirləridir:
“Dörd gün ərzində sessiyalar, panel müzakirələri, eləcə də ölkələr üzrə təqdimatlar keçiriləcək. Xüsusilə, Efiopiya bu tədbirlərdə iştirak edərək öz layihələrini və investisiya imkanlarını təqdim edəcək”.
“Özəl Sektor Forumunun (PSF) əsas məqsədi təcrübə mübadiləsi, ən yaxşı təcrübələrin və uğurlu nümunələrin paylaşılmasıdır. Forum, həmçinin investisiyaların təşviqinə və yeni imkanların yaradılmasına, o cümlədən Azərbaycanda bu imkanların genişləndirilməsinə yönəlib. Bundan əlavə, forum IsDB qrupunun həllərini, məhsullarını, xidmətlərini və birgə təşəbbüslərini təqdim etmək, həmçinin qlobal iqtisadiyyatın əsas çağırışlarını müzakirə etmək və B2B və B2G formatında görüşlər təşkil etmək üçün platforma rolunu oynayır”, — deyə o bildirib.
