Bakı–Dubay reysləri bu gündən bərpa olunur

İqtisadiyyat Materials 15 May 2026 11:36 (UTC +04:00)
Bakı–Dubay reysləri bu gündən bərpa olunur
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan Hava Yolları (AZAL) bu gündən Dubay istiqamətində reysləri bərpa edir.

Trend bu barədə AZAL-ın rəsmi sosial media hesabında paylaşdığı açıqlamaya istinadən xəbər verir.

Paylaşımda bildirilib ki, uçuşlar həftənin hər günü həyata keçiriləcək.

Xatırladaq ki, AZAL fevralın 28-də Yaxın Şərqdə baş verən son hadisələr və hava məkanında tətbiq olunan məhdudiyyətlər səbəbindən Dubay istiqaməti üzrə uçuşları dayandırdığını açıqlamışdı.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti