Beynəlxalq maliyyə bazarlarında volatillik və tənzimləmə məsələləri müzakirə olunub

İqtisadiyyat Materials 15 May 2026 14:29 (UTC +04:00)
Beynəlxalq maliyyə bazarlarında volatillik və tənzimləmə məsələləri müzakirə olunub
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Beynəlxalq maliyyə bazarlarında volatillik və tənzimləmə məsələləri müzakirə olunub .

Trend bu barədə Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir.

Belə ki, Qiymətli Kağızlar üzrə Komissiyaların Beynəlxalq Təşkilatının illik toplantısı çərçivəsində təşkilatın Avropa Regional Komitəsinin (ERC) onlayn formatda illik yığıncağı keçirilib. IOSCO İdarə Heyətinin sədri Jan Pol Servaisin sədrlik etdiyi yığıncaqda region üzrə 50-dən çox qiymətli kağızlar bazarı üzrə tənzimləyici qurumundan 100 nümayəndə iştirak edib.

Tədbirdə Azərbaycan Respublikası Mərkəzi Bankını sədr müavini Əli Əhmədov təmsil edib. O, cari geosiyasi hadisələrin beynəlxalq maliyyə bazarlarında yaratdığı volatilliyin yerli kapital bazarlarına təsiri mövzusunda çıxış edib.

Komitə üzvləri qiymətli kağızlar bazarlarında dayanıqlılığın təmin edilməsi sahəsində yeniliklər barədə fikir mübadiləsi aparmış, investorların müdafiəsi və nəzarət üzrə beynəlxalq əməkdaşlığının gücləndirilməsi yollarını müzakirə ediblər. Bundan əlavə, iştirakçılara IOSCO-nun 2026-cı il üzrə iş planının icrası barədə məlumat verilib, eləcə də tənzimləyici yanaşmalar arasında uyğunluğun təşviqində təşkilatın rolu vurğulanıb.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti