Daşkənddə 5-ci yubiley Beynəlxalq İnvestisiya Forumu işə başlayıb (FOTO)

İqtisadiyyat Materials 16 İyun 2026 09:31 (UTC +04:00)
Daşkənddə 5-ci yubiley Beynəlxalq İnvestisiya Forumu işə başlayıb (FOTO)
Rufiz Hafizoğlu
Rufiz Hafizoğlu
Bütün xəbərlər

Daşkənd.Trend:

Özbəkistanın paytaxtı Daşkənddə 5-ci yubiley Daşkənd Beynəlxalq İnvestisiya Forumu (TIIF 2026) işə başlayıb.

Trend-in xüsusi müxbirinin verdiyi məlumata görə, forum investorlar, dövlət qurumları və beynəlxalq maliyyə təşkilatları arasında dialoq üçün mühüm platforma hesab olunur.

Yubiley forumu 2025-ci ildə keçirilən IV TIIF-in uğurlu ənənəsini davam etdirir. Həmin forumda Daşkəndə 100-ə yaxın ölkədən 8 mindən çox iştirakçı qatılmış, işgüzar proqram çərçivəsində 150-dən artıq ekspertin iştirakı ilə 36 tematik sessiya təşkil olunmuşdu. Ötənilki forumun nəticəsi olaraq 30 milyard ABŞ dollarından artıq məbləğdə investisiya müqavilələri və sazişləri imzalanmışdı.

Forum çərçivəsində 100-dən çox yerli istehsalçının iştirak etdiyi geniş sənaye sərgisi, həmçinin B2B və B2G formatlı çoxsaylı görüşlər keçirilib. Bu görüşlərdə müzakirə olunan təşəbbüslər qısa müddətdə real layihə və razılaşmalara çevrilib. TIIF 2026 ideyaların konkret investisiyalara çevrildiyi platforma kimi nüfuzunu daha da möhkəmləndirib.

TIIF 2026 beynəlxalq tərəfdaşların Özbəkistan iqtisadiyyatına yüksək etimadını nümayiş etdirir.

Yubiley forumunun məqsədi əvvəlki uğurları möhkəmləndirməklə yanaşı, iştirakçıların coğrafiyasını genişləndirmək, sahəvi ixtisaslaşmanı dərinləşdirmək və tədbirlərin praktik yönümünü gücləndirməkdir. Bu gün TIIF beynəlxalq kapitalın etimad göstəricisi və Özbəkistanın qlobal əlavə dəyər zəncirlərinə inteqrasiyası üçün mühüm platforma hesab olunur.

TIIF 2026 Özbəkistanın Mərkəzi Asiyanın aparıcı investisiya mərkəzlərindən biri statusunu bir daha təsdiqləyərək, dünya bazarları ilə strateji əməkdaşlıq üçün yeni imkanlar açır.

Daha əvvəl Avropa Yenidənqurma və İnkişaf Bankının prezidenti Odil Reno-Basso bildirmişdi ki, bankın forumda iştirakı regionun uzunmüddətli potensialına inamı və yerli tərəfdaşlarla birlikdə dayanıqlı layihələri dəstəkləməyə hazır olduğunu göstərir.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti