Bakı.Trend:
Ziraat Bank Azərbaycan 2026-cı ilin ikinci rübünə dair maliyyə
nəticələri ilə dayanıqlı inkişaf strategiyasını uğurla davam
etdirdiyini bir daha göstərib. Bankın əsas maliyyə göstəriciləri
üzrə qeydə alınan artım müştəri etimadının, effektiv idarəetmənin
və davamlı inkişaf strategiyasının uğurlu nəticəsi kimi
qiymətləndirilir.
2025-ci ilin ikinci rübü ilə müqayisədə Bankın kredit portfeli 33%
artaraq 832 milyon manata çatıb. Kredit portfelinin əsas hissəsini
təşkil edən biznes kreditləri isə 28% artaraq 735 milyon manata
yüksəlib. Bu göstəricilər Ziraat Bank Azərbaycanın real sektorun
maliyyələşdirilməsində mühüm rol oynamağa davam etdiyini
göstərir.
Depozit portfeli üzrə də əhəmiyyətli artım qeydə alınıb. Belə ki,
ümumi depozit portfeli 50% artaraq 1 milyard 266 milyon manata
çatıb. Xüsusilə hüquqi şəxslərin müddətli depozitləri 95 artaraq
müştərilərin Banka olan etimadının daha da möhkəmləndiyini nümayiş
etdirib.
Bankın gəlirlilik göstəriciləri də müsbət dinamikanı davam etdirib. Xalis əməliyyat mənfəəti 34% artaraq 21 milyon manata, xalis faiz gəliri 38% artaraq 26 milyon manata, xalis mənfəət isə 14% artaraq 11,6 milyon manata yüksəlib.
Eyni zamanda, Ziraat Bank Azərbaycanın cəmi aktivləri 46% artaraq 1 milyard 560 milyon manata, cəmi kapitalı isə 20% artaraq 174 milyon manata çatıb. Bu nəticələr Bankın maliyyə dayanıqlığını daha da gücləndirdiyini və davamlı inkişafını uğurla davam etdirdiyini təsdiqləyir.
Ziraat Bank Azərbaycan gələcək dövrdə də müasir bankçılıq
həlləri, innovativ məhsullar və müştəriyönümlü xidmət yanaşması ilə
ölkə iqtisadiyyatının inkişafına töhfə verməyi və müştəriləri üçün
etibarlı maliyyə tərəfdaşı olmağı hədəfləyir.
"Ziraat Bank Azərbaycan" ASC, 162 illik tarixə malik Türkiyə
Respublikasının "Ziraat Maliyyə Qrupu"-nun üzvüdür. Bank,
Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən verilmiş
30.12.2014-cü il tarixli 255 nömrəli lisenziya əsasında fəaliyyət
göstərir. Korporativ və pərakəndə bankçılıq sahəsində müasir məhsul
və xidmətləri Bakı, Gəncə, Sumqayıt və Naxçıvan şəhərlərində
yerləşən 11 filialı və Quba şəhərində yerləşən 1 şöbəsi ilə yanaşı,
rəqəmsal platformalar üzərindən də müştərilərə xidmət göstərir.
Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumatı Bankın
Instagram, X-platforması, Linkedin, YouTube sosial media
hesablarından və ya *9229 qısa nömrəsinə zəng edərək əldə edə
bilərsiniz.
