Bakı. Trend:
Bu ilin yanvar-avqust aylarında Azərbaycanda 87 milyard 709,5 milyon manatlıq ümumi daxili məhsul (ÜDM) istehsal olunub.
Bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.
Məlumata görə, bu, ötən ilin eyni dövrünə nisbətən 1,2%
çoxdur.
Son 1 ildə ölkənin neft-qaz ÜDM-nin dəyəri 0,8% azalaraq 26 milyard
181,9 milyon manata düşüb. Bundan başqa, qeyri-neft-qaz ÜDM-nin
dəyəri isə 2,1% artaraq 61 milyard 527,6 milyon manata çatıb.
Hesabat dövründə Azərbaycanda sənaye istehsalının ümumi dəyəri illik müqayisədə 0,4% azalaraq 44 milyard 620,3 milyon manat, qeyri-neft-qaz sənayesi istehsalının ümumi dəyəri 5,4% artaraq 14 milyard 605,9 milyon manat, kənd təsərrüfatı istehsalının ümumi dəyəri 2,6% artaraq 10 milyard 57,4 milyon manat, nəqliyyat və anbar təsərrüfatı xidmətlərinin ümumi dəyəri 8,7% artaraq 10 milyard 931,9 milyon manat, informasiya və rabitə xidmətlərinin ümumi dəyəri 10,7% artaraq 2 milyard 748,1 milyon manat təşkil edib.
