Azərbaycan Körfəz ölkələrinə kənd təsərrüfatı məhsullarının ixracını artıra bilər - Ziya Hacılı

İqtisadiyyat Xəbər 9 Oktyabr 2026 15:22 (UTC +04:00)
Azərbaycan Körfəz ölkələrinə kənd təsərrüfatı məhsullarının ixracını artıra bilər - Ziya Hacılı
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan Körfəz ölkələrinin bazarlarına kənd təsərrüfatı məhsullarının ixracı üçün geniş imkanlara malikdir. Bununla belə, ixracın davamlılığının və idxalçı ölkələrin tələbatına uyğun həcmdə tədarükün təmin edilməsi əsas məsələlərdən biridir.

Trend-in tədbirdəki müxbirinin məlumatına görə, bunu Azərbaycan Sahibkarlar Konfederasiyasının (ASK) baş katibi Ziya Hacılı cümə günü Bakıda keçirilən III Beynəlxalq Aqrobiznes Forumunda deyib.

Onun sözlərinə görə, Azərbaycan kənd təsərrüfatı məhsullarının Körfəz ölkələrinin bazarlarına çıxarılması üçün İqtisadiyyat Nazirliyi, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA), İxracın və İnvestisiyaların Təşviqi Agentliyi, ASK və Kənd Təsərrüfatı Nazirliyinin dəstəyi ilə müəyyən imkanlara malikdir.

Z.Hacılı bildirib ki, müvafiq logistika məsələlərinin həlli, eləcə də idxalçı ölkələrin tələblərinə uyğun sertifikatlaşdırma prosedurlarının həyata keçirilməsi ilə Azərbaycanın kənd təsərrüfatı məhsullarını Körfəz ölkələrinin bazarlarına çıxarmaq mümkündür.

“Əminliklə deyə bilərəm ki, müvafiq logistika məsələlərini və həmin ölkələrin daxili bazarlarının tələb etdiyi sertifikatlaşdırma və digər prosedurları həll etməklə istənilən Azərbaycan kənd təsərrüfatı məhsulunu Körfəz ölkələrinin bazarlarına çıxara bilərik. Hazırda bunun üçün kifayət qədər imkanlarımız var”, - deyə o qeyd edib.

ASK rəsmisi vurğulayıb ki, əsas məsələ yalnız yeni bazarlara daxil olmaq deyil, həm də həmin bazarların tələbatını davamlı şəkildə və tələb olunan həcmdə qarşılamaqdır.

“Əsas sual budur: biz bu bazarları davamlı və böyük həcmdə məhsulla təmin edə biləcəyikmi? Bu məsələ daim diqqət mərkəzində olmalıdır. Aqrar sektora yatırılan bütün investisiyalar məhsul istehsalının davamlılığını və bazarların tələbatına uyğun həcmin təmin edilməsini hədəfləməlidir”, - deyə Z.Hacılı bildirib.

O qeyd edib ki, beynəlxalq bazarlarda uğur qazanmaq üçün məhsulun keyfiyyəti ilə yanaşı, tədarükün sabitliyi və alıcıların ehtiyaclarına uyğun həcmdə ixrac imkanları da mühüm rol oynayır.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti