Fars körfəzi ölkələrindən neft ixracının bərpası LNG tədarükünün bərpası anlamına gəlmir – OIES

İqtisadiyyat Xəbər 16 Oktyabr 2026 19:41 (UTC +04:00)
Fars körfəzi ölkələrindən neft ixracının bərpası LNG tədarükünün bərpası anlamına gəlmir – OIES
Aytac Şirəliyeva
Aytac Şirəliyeva
İqtisadi jurnalist Bütün xəbərlər

Bakı.Trend:

2026-cı ilin sentyabr ayının sonuna qədər Fars körfəzi ölkələrindən neft ixracı demək olar ki, normal səviyyəyə bərpa olunsa da, Qətər və Birləşmiş Ərəb Əmirliklərindən (BƏƏ) mayeləşdirilmiş təbii qaz (LNG) tədarükünün əhəmiyyətli dərəcədə bərpa olunacağı hələlik gözlənilmir.

Bu barədə "Oxford" Enerji Araşdırmaları İnstitutunun (OIES) qaz bazarına dair rüblük icmalında bildirilir.

Hesabatda qeyd olunur ki, neft axınlarının bərpası LNG tədarükünün də eyni şəkildə bərpa olunacağına dair gözləntilər yaratmayıb. Belə ki, “QatarEnergy” şirkəti bəzi müştərilər qarşısında müqavilə öhdəliklərinə münasibətdə fors-major rejiminin qüvvədə olma müddətini noyabr ayına qədər uzadıb.

“Bununla yanaşı, “QatarEnergy” Ras-Laffan kompleksində zərər görməmiş LNG istehsal xətlərinin fəaliyyətini operativ şəkildə bərpa edə biləcəyinə əmindir. Lakin İranla uzunmüddətli siyasi razılaşmanın olmaması — istər ABŞ ilə İran arasında, istərsə də Fars körfəzi Ərəb Dövlətlərinin Əməkdaşlıq Şurasına üzv ölkələrlə İran arasında — yüklərin təhlükəsiz və etibarlı şəkildə daşınması ilə bağlı qeyri-müəyyənlik yaradır.

Bu amil LNG istehsalı üçün həlledici əhəmiyyət daşıyır. Çünki onun saxlanması imkanları neftlə müqayisədə daha məhduddur və Hörmüz boğazından yan keçən alternativ nəqliyyat marşrutları mövcud deyil”, - deyə məlumatda bildirilir.

İnstitutun qeyd etdiyi kimi, diplomatik sahədə irəliləyiş əldə olunmadığı təqdirdə, qış mövsümü başlamazdan əvvəl Fars körfəzi ölkələrindən LNG tədarükünün bərpası perspektivləri qeyri-müəyyən olaraq qalır.

Vurğulanır ki, eyni zamanda, qaz bazarının sonrakı dinamikası mövsümi tələbatdan, ABŞ-dən LNG tədarükünün həcmindən, Avropada qaz hasilatından və boru kəmərləri vasitəsilə qaz idxalından asılı olacaq.

OIES həmçinin bildirir ki, yüksək qiymətlər fonunda Avropada və Asiyanın inkişaf etməkdə olan ölkələrində tələbatın azalması artıq qaz idxalına dair rüblük göstəricilərdə öz əksini tapır.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti