Bakı.Trend:
Azərbaycanın neft koksunun ixracından əldə etdiyi gəlirlər 2026-cı ilin yanvar-sentyabr aylarında təxminən iki dəfə artıb.
Azərbaycan Dövlət Gömrük Komitəsinin məlumatına görə, hesabat dövründə ölkədən 85,3 milyon ABŞ dolları dəyərində 213 min ton neft koksu ixrac edilib.
Trend-in Komitənin məlumatları əsasında apardığı hesablamalara görə, 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə ixracın dəyəri 40,6 milyon ABŞ dolları və ya 1,9 dəfə, həcmi isə 65 min ton və ya 1,4 dəfə artıb.
Qeyd edək ki, hesabat dövründə neft koksunun ixracı Azərbaycanın ümumi ixracının 0,36 faizini təşkil edib.
Azərbaycanın neft bitumunun ixracından əldə etdiyi gəlirlər də 2026-cı ilin yanvar-sentyabr aylarında əhəmiyyətli dərəcədə artıb.
Komitənin məlumatına görə, hesabat dövründə ölkədən 4,629 milyon ABŞ dolları dəyərində 14,948 min ton neft bitumu ixrac olunub.
Trend-in Komitənin məlumatları əsasında apardığı hesablamalara görə, 2025-ci ilin yanvar-sentyabr ayları ilə müqayisədə ixracın dəyəri 3,501 milyon ABŞ dolları və ya 4,1 dəfə, həcmi isə 10,634 min ton və ya 3,5 dəfə artıb.
Hesabat dövründə neft bitumunun ixracı Azərbaycanın ümumi ixracının 0,02 faizini təşkil edib.
Dövlət Gömrük Komitəsinin məlumatına görə, 2026-cı ilin yanvar-sentyabr aylarında Azərbaycandan neft məhsullarının ixracı fiziki həcm ifadəsində 1,5 dəfə artıb.
Qurumun məlumatına əsasən, hesabat dövründə ölkədən 570,3 milyon ABŞ dolları dəyərində 767,3 min ton bitumlu süxurlardan alınmış neft və neft məhsulları, həmçinin kütləsinin 70 faizini və ya daha çoxunu neft və neft məhsulları təşkil edən məhsullar ixrac edilib.
Trend-in Komitənin məlumatları əsasında apardığı hesablamalara görə, 2025-ci ilin yanvar-sentyabr ayları ilə müqayisədə bu məhsulların ixracının dəyəri 296,5 milyon ABŞ dolları və ya 2,1 dəfə, həcmi isə 263,9 min ton və ya 1,5 dəfə artıb.
Hesabat dövründə qeyd olunan məhsulların Azərbaycanın ümumi ixracında payı 2,39 faiz təşkil edib.
