...

ALŞA lizinq barədə yeni qanun yaradılması fikrindən imtina edib

Biznes və iqtisadiyyat xəbərləri Materials 25 Sentyabr 2007 13:53 (UTC +04:00)
ALŞA lizinq barədə yeni qanun yaradılması fikrindən imtina edib

Azərbaycan, Bakı / Trend müxbir U.İsmaylova/ Azərbaycanın Lizinq Şirkətləri Assosiasiyası (ALŞA) lizinq barədə qanun yaradılması fikrindən imtina edib. Bu barədə çərşənbə axşamı ALŞA-nın sədri Azər Məmmədov məlumat verib.

"Lizinq barədə yeni qanunun hazırlanması və qəbulu xeyli əmək və vaxt aparacaq. Bununla əlaqədar ALŞA yalnız Mülki Məcəllədə dəyişikliyin aparılmasına dair qərar qəbul edib" - deyə Məmmədov vurğulayıb.

Azərbaycanda lizinq fəaliyyəti barədə işləyən qanun yoxdur, bu, yalnız Mülki Məcəllə ilə nizamlanır.

Məmmədovun sözlərinə görə, lizinqə dair qanun layihəsinin yaradılmasından imtina barədə qərar oktyabrda Bakıda keçiriləcək ALŞA üzvlərinin ümumi yığıncağında müzakirə olunacaq.

Azərbaycanın lizinq bazarının başlıca problemi ikiqat verginin olmasıdır.

Lizinqə verilən avadanlıqların əldə edilməsinə ƏDV qoyulur.

Eyni vergi xüsusi lizinq xidmətinə də tətbiq edilir. Nəticədə lizinq istifadəçisi maliyyə icrasına verilmək üçün əmlakın və müştərilərdən ödənişlərin əldə edilməsi ilə bağlı ikiqat ƏDV ödəmək məcburiyyətində qalır.

Belə olan halda həmin müqavilə obyektinə təkrarən ƏDV qoyulur və həmin obyekt 18 faiz bahalaşır.

Bundan əlavə, Azərbaycanda müvafiq kateqoriyalı texniki vəsaitin ikiqat amortizasiyası ləğv olunub və sublizinqin istifadəsini qeyri-mümkün edən çatışmazlıqlar mövcuddur.

ALŞA 2004-cü il oktyabrın 24-də "Ataleasing", "Unileasing", "Muganleasing" şirkətlərindən təsis olunub.

Xəbər lenti

Xəbər lenti