...

Bakı Fond Birjası 2007-ci ilin sentyabr ayı üçün brokerlərin renkinqini hazırlayıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 3 Oktyabr 2007 17:03 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend / 2007-ci ilin sentyabr ayında dövlət qiymətli kağızlar bazarında (repo əməliyyatlar bazarı istina olmaqla) BFB-nın analitik şöbəsinin hesablamalarına əsasən, brokerlərin renkinqinə 9 müştəriyə ümumi dəyəri 49.569.518,60 AZN olan broker xidmətləri göstərmiş "Standard Capital" başçılıq edir.

İkinci yeri 1 müştəriyə ümumi həcmi 36.018.018,16 AZN olan broker xidmətləri göstərmiş "İnterneyşnl Tranzakşn Sistem" tutub. Bu göstərici birinci yeri tutan brokerin göstəricisindən 13.551.500,44 AZN azdır. Göstərilmiş broker xidmətlərinin həcminə görə üçüncü yerdə isə 31.413.099,20 manatla "Texnika Kapital Menecment" qərarlaşıb.

Sentyabr ayında brokerlərin renkinqində (sıralanmasında) birincliyə iddia edən məbləğin səviyyəsi əvvəlki ayla müqayisədə aşağı düşüb. Avqust ayında göstərilmiş broker xidmətlərinin öndə gedən məbləği 109.543.443,98 AZN təşkil edib. Bundan başqa, bu ilin sentyabr ayında dövlət qiymətli kağızları sektorunda xidmət göstərmiş brokerlərin sayı 7-dən 10-a qalxıb.

2007-ci il sentyabr ayı üzrə DQK bazarında göstərilmiş xidmətlərin həcminə görə brokerlərin renkinqi

Xidmətlərin həcminə görə yer Xidmətlərin həcminə görə yer Brokerlər Müştərilərin sayı Müştərilərin sayı Əməliyyatlarının həcmi(AZN)
1 1 (-) "Standard Kapital" 8 9 49 569 518,60
4 2 (^) "İnterneyşnl Tranzakşn Sistem" 1 1 36 018 018,16
2 3 (Ў) "Texnika Capital Management" 5 4 31 413 099,20
3 4 (Ў) "BoB Broker" 2 2 17 335 162,00
- 5 (-) "Respublika İnvest" - 1 10 096 901,12
6 6 (-) "UniBank" 1 2 4 982 708,54
5 7 (Ў) "YapıKrediBank Azerbaican" 2 2 3 003 841,90
- 8 (-) "ADB Broker" - 1 1 610 702,26
- 9 (-) "Azərintertreyd" MMJ - 1 1 077 295,26
7 10 (Ў) "Rabitəbank" 1 1 229 958,82
Xəbər lenti

Xəbər lenti