...

Azərbaycan parlamenti 2008-ci ilin dövlət büdcəsini qəbul edib

Biznes və iqtisadiyyat xəbərləri Materials 30 Noyabr 2007 16:25 (UTC +04:00)
Azərbaycan parlamenti 2008-ci ilin dövlət büdcəsini qəbul edib

Azərbaycan, Bakı / Trend , müxbir İ.Xəlilova / Azərbaycan parlamenti cümə günü 2008-ci ilin dövlət büdcəsini qəbul edib. Büdcədə 9,9 mln. manat həcmində artım istiqamətində dəyişiklik olub.

Maliyyə naziri Samir Şərifovun verdiyi məlumata görə, dövlət büdcəsinin həm mədaxil, həm də məxaric hissəsi bu məbləğdə korrektə edilib.

Müvafiq olaraq, gəlirlər əvvəllər nəzərdə tutulmuş 7 383 mln. manatdan (ÜDM-in 28,2%-i) 7 392,9 mln. manat, xərclər isə, 8 509 mln. manatdan 8 518,9 mln. manata qədər artırılıb.

Dövlət büdcəsinin mədaxil hissəsinin artımının mühümlüyü Vergi Məcəlləsi, İnzibati Xətalar Məcəlləsinə edilən dəyişikliklərlə bağlıdır. Vergi qanunvericiliyinin və yol hərəkəti qaydalarının pozulmasına görə tətbiq olunmuş cərimələr və maliyyə sanksiyalarından əlavə gəlirlərin daxil olacağı gözlənilir. Bununla yanaşı, "Sığorta haqqında" Qanun və digər normativ aktların qəbul edilməsi nəticəsində, dövlət təşkilatlarından büdcədən kənar daxilolmaların da olması gözlənilir.

Büdcədən kənar daxilolmalar hesabına dövlət büdcəsinin dövlət təşkilatlarının maddi-texniki bazasının möhkəmləndirilməsinə, tu təşkilatların əməkdaşlarırın əmək şəraitinin yaxşılaşdırılmasına çəkdiyi xərcləri artırmaq nəzərdə tutulur. Büdcənin məxaric hissəsinrin strukturunda da dəyişiklik edillib. İlk növbədə, xərclərin 80,5 mln. manat azaldılması hesabına əldə olunan vəsait parlament tərəfindən bu yaxınlarda qəbul olunmuş qanunvericilik aktlarının və tədbirlərin maliyyələşməsinə yönələcək.

Dövlət büdcəsindən Milli Məclisin xərclərinə 1,6 mln. manat həcmində əlavə vəsait ayrılacaq. Bu işçilərin sayının artması, ezamiyyətlərin artması, avtonəqliyyat vasitələrinin əldə edilməsi ilə bağlıdır.

Büdcə təsnifatına əsasən, mənzil-kommunal təsərrüfatına çəkilən xərclər 8,2 mln. manat, hüquq-mühafizə, məhkəmə orqanlarının saxlanılmasına 9,6 mln. manat, qanunvericilik, icra və bələdiyyə orqanlarının saxlanmasına 6,3 mln. manat, nəqliyyat, rabitə, kənd və meşə təsərrüfatına, balıqçılığa, ətraf mühitin qorunmasına 1,5 mln. manat artacaq. Bu arada sənaye, tikinti, faydalı qazıntılar sahəsinə çəkilən xərclər 18,5 mln. manat azaldılıb.

Dövlət büdcəsinin mədaxil və məxaric hissəsinə edilən dəyişikliklər nəticəsində, icmal büdcəsinin maksimal həddi 10,192 mlrd. manat təşkil edib.

Parlamentarilər "Yaşayış minimumu", "Ehtiyac meyarı", "Büdcə sistemi haqqında" Qanunlara dəyişiklikləri təsdiq ediblər.

Xəbər lenti

Xəbər lenti