...

Azərbaycanın AGLeasing lizinq şirkəti 1 mln. manatlıq korporativ istiqraz buraxmaq niyyətindədir

Biznes və iqtisadiyyat xəbərləri Materials 14 Dekabr 2007 17:52 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend , Ü.İsmayılova/ Azərbaycanın böyük lizinq şirkətlərindən biri AGLeasing Azərbaycanın fond bazarında reallaşdırılmaq üçün 1 mln. manatlıq korporativ istiqraz buraxmağa hazırlaşır. Bu, Azərbaycanın lizinq bazarı üçün eyni vaxtda yerləşdirilən emissiyaların rekord məbləğidir. Bu barədə şirkətin cümə günü yaydığı məlumatda bildirilir. AGLeasing şirkətinin istiqrazları hər biri 1 min manat dəyərində olmaqla, 1 ədəd buraxılacaq. İstiqrazların dövriyyə müddəti 3 ildir. Səhmlərin faiz dərəcələri illik 14.02%-dir. Faizlər hər rübdə emitentlərlə ödənilir. AGLeasing Səhmdar Lizinq Şirkəti 2005-ci ildə yaradılıb. Şirkətin Nizamnamə kapitalı 1 mln. manatdır. Şirkətin səmdarlarının tərkibinə həm yerli sturkturlar "AGBank" ASC) həm də, xarici investorlar daxildir. AGLeasing sərfəli şərtlərlə, qısa rəsmiyyətlə istehsal, tikinti, nəqliyyat, səhiyyə və digər istiqamətlərdə avadanlıqların alqısı və lizinqə verilməsinin geniş spektrini təklif edir. Şirkətin müştəriləri həm hüquq, həm də fiziki şəxslər-sahibkarlardır.

Xəbər lenti

Xəbər lenti