...

Kuba Azərbaycan investisiyaları üçün cəlbedici ölkədir-nazir

Biznes və iqtisadiyyat xəbərləri Materials 15 Dekabr 2007 10:49 (UTC +04:00)
Kuba Azərbaycan investisiyaları üçün cəlbedici ölkədir-nazir

Azərbaycan, Bakı / Trend müxbir A.Bədəlova/ Azərbaycanın iqtisadi inkişaf naziri Heydər Babayev Kubanı sərmayə yatırmaq üçün cəlbedici ölkə adlandırıb. Nazirin verdiyi məlumata görə, Kubaya noyabr ayında baş tutan səfər çərçivəsində tərəflər bu ölkəyə Azərbaycan tərəfinin investisiya qoyamasını müzakirə ediblər.

"Kubada turizm, neft və təhsil sahəsi ən maraqlı sahələrdir" - deyə nazir bildirib.

Nazirin sözlərinə görə, Azərbaycanda 1000-dən çox Kuba vətəndaşı təhsil alıb. "Biz azərbaycanlı tələbələrin Kubada təhsil alması təklifini nəzərdən keçirməyə hazırıq" - deyə nazir qeyd edib.

Noyabr ayında Azərbaycan və Kuba arasında ticarət, sənaye, energetika, maliyyə, kənd təsərrüfatı, təhsil, səhiyyə, turizm, idman sahəsində əməkdaşlığın inkişafına dair protokol imzalanıb. Tərəflər sahibkarlar arasında münasibətləri təşviq etmək barədə razılığa gəliblər. Kubanın Xarici İnvestisiyalar və İqtisadi Əməkdaşlıq Nazirliyi və Azərbaycanın İqtisadi İnkişaf Nazirliyi arasında imzalanmış memoranduma əsasən, kənd təsərrüfatı və səhiyyə nazirlikləri arasında və xarici investisiyalar sahəsində informasiya mübadiləsinin aparılması nəzərdə tutulur.

Azərbaycanın Neft Akadamiyası və Kubanın Texniki-Neft İnstitutu arasında əməkdaşlığın genişləndirilməsi, Kuba şirkətlərinin Azərbaycanın proqramm təminatı bazarında iştirakı nəzərdə tutulub.

Sahibkarlar arasında əməkdaşlığın təşviqi məqsədilə Kubanın Ticarət Palatası və AZPROMO arasında əlaqlərin yaradılmasına köməklik göstəriləcək. Sənəddə Kubanın turizim şirkətlərinin "AITF-2008" beynəlxalq turizm və səyahət sərgisinə dəvət olunması nəzərdə tutulub.

Xəbər lenti

Xəbər lenti