...

"Bank Respublika" əmanətçiləri arasında aylıq uduş kampaniyasının növbəti tirajı keçirilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 16 May 2008 13:48 (UTC +04:00)

Azərbaycan, Bakı, 16 may / Trend / "Bank Respublika" 2008-ci il 15 may tarixində əmanətçiləri arasında aylıq uduş kampaniyasının növbəti tirajını keçirib və bankın daha 7 əmanətçisi mükafat qazanıb. Bu barədə bankın cümə günü yayılan məlumatında bildirilir.

Bankın 2 əmanətçisi hər biri 1000 dollar məbləğində 2 pul mükafatı qazanıb. Daha 5 əmanətçi isə kampaniyanın əlavə mükafatlarını qazanıb. Əlavə mükafat qazanan əmanətçilər öz istəklərinə əsasən 300 manat məbləğində mobil telefon, DVD pleyer, rəqəmsal fotoaparat, qol saatı və ya iPod musiqi pleyeri seçə bilər.

Kampaniyada ən azı 6 ay müddətində və 1000 AZN / USD / EUR məbləğində olan əmanətlər iştirak edirlər. Əmanətin hər 1000 AZN / USD / EUR məbləği hər ay 1 şansa bərabərdir. Qaydalara əsasən, bankın əməkdaşlarının və səhmdarlarının əmanətləri kampaniyada iştirak etmir.

Bu günədək "Bank Respublika"nın 66 əmanətçisi hər biri 1000 ABŞ dolları məbləğində pul mükafatları və 75 əmanətçısı əlavə mükafatlar qazanıb.

"Bank Respublika"nın əmanətçiləri əmanətin məbləği və müddətindən asılı olaraq 45 günədək faizsiz kredit xətti ilə MasterCard və VISA kartlarını əldə edə, "Home Banking" xidmətindən yararlana, bankın hesabına səyahət və tibbi sığorta və güzəştli şərtlərlə kredit ala bilərlərlər. Bank əmanətin məbləğinə dair heç bir məhdudiyyət qoymur və əmanətçilərə əmanətin şərtlərini seçmək imkanı verir.

"Bank Respublika" "Əmanətlərin sığortalanması haqqında" qanuna əsasən yaradılmış Əmanətlərin Sığortalanması Fondunun üzvüdür və əhalinin bankda yerləşdirilən əmanətləri Fondun şərtlərinə uyğun sığortalanır.

Xəbər lenti

Xəbər lenti