...

Bakı Fond Birjasında Milli Bank notlarının yerləşdirilməsi üzrə hərrac keçirib

Biznes və iqtisadiyyat xəbərləri Materials 9 İyul 2008 19:35 (UTC +04:00)

Azərbaycan, Bakı, 09 iyul / Trend / Cari ilin 9 iyul tarixində Bakı Fond Birjasında Milli Bankın 50102719S dövlət qeydiyyat nömrəli, ümumi həcmi - 30 000 000 manat, hərraca çıxarılan həcmi - 20 000 000, bir notun nominal dəyəri - 200 manat, tədavül müddəti - 28 gün olan qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib. Bu barədə Birjanın çərşənbə günü yayılan məlumatında bildirilib.

Hərracda 11 sərmayədar tərəfindən təqdim olunan sifarişlərin nominal üzrə ümumi məbləği 20 761 000 manat təşkil edib.

Sifarişlər 99.16% (gəlirlik 10.89%) - 99.27% (gəlirlik 9.45%) qiymət intervalında təqdim edilib.

Notların rəqabətli sifariş üzrə kəsmə qiyməti - 99.16% (gəlirlik 10.89%) orta ölçülmüş qiymət - 99.24% (gəlirlik 9.85%) səviyyəsində Milli Bank tərəfindən müəyyən edilib.

Notların nominal üzrə reallaşdırılmış həcmi 20 000 000 manat məbləğində müəyyən edilib, 416 800 manat həcmində qeyri-rəqabətli sifarişlər daxil olmaqla.

Notların ödəmə tarixi 6 avqustdur.

Xəbər lenti

Xəbər lenti